Bakı. 17 fevral. REPORT.AZ/ Parisdə "sarı jiletlilər"in etiraz aksiyası zamanı azı 23 nəfər polis tərəfindən saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən "France Info" məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Paris küçələrinə ümumilikdə təqribən 3 min nümayişçi çıxıb.