Pakistanın təhlükəsizlik qüvvələri ölkənin Əfqanıstan sərhədindəki hərbi konvoyuna hücumla əlaqəli 30 döyüşçünü öldürüb.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hərbiçilərə hücum oktyabrın 7-də baş verib.
Pakistanın Xeybər-Pahtunva əyalətində baş verən terror aktı nəticəsində 9 əsgər və 2 zabit həlak olub.
Qeyd edilir ki, hücuma görə məsuliyyəti Pakistan Talibanı öz üzərinə götürüb.