Nyu-York ştatının Senatında demokratik çoxluğun lideri Andrea Stüart-Kazins Yonkers şəhərindəki evində ölü tapılıb.
Bu barədə "Report" "Fox11" telekanalına istinadən xəbər verir.
Məlumata görə, 76 yaşlı qadının meyiti noyabrın 27-də cümə günü səhər qızının əvvəlki gecə onunla əlaqə saxlaya bilməməsindən sonra aşkarlanıb. Ştatın qubernatoru Katie Hoçul məlumatı təsdiqləyib. Ölümün səbəbi və dəqiq vaxtı bildirilmir.
Stüart-Kazins Nyu-York ştatının Senatına rəhbərlik edən ilk qadın və ilk afroamerikalı olub. O, eyni zamanda bu palatanın tarixindəki ən uzun ömürlü demokrat çoxluğun lideri kimi rekord vurub.