Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub

Perunun Apurimak, Ene və Mantaro çayı vadisində (VRAEM) hərbi "Mi" helikopterinin (modeli göstərilmir-red) qəzaya uğraması nəticəsində səkkiz hərbçi həlak olub.

"Report"un "Peru21" qəzetinə istinadən məlumatına görə, ölənlər arasında Peru Hərbi Hava Qüvvələrinin beş, quru qüvvələrinin üç hərbçisi var.

Qəzetin məlumatına görə, yalnız pilot sağ qalıb, o, Limaya təxliyə olunur.

Helikopter Ayakuço bölgəsinin Kanayre dairəsində yerləşən Sanabamba şəhəri yaxınlığında hərbi əməliyyat zamanı qəzaya uğrayıb. Təyyarənin hərbi patrul üçün təxliyə əməliyyatında iştirak etdiyi bildirilir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Digər xəbərlər