Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış qanadlı raketi zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Yəməndə qanuniliyin dəstəklənməsi üzrə koalisiyanın rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki "X" sosial şəbəkəsində bildirib.

"HHM qüvvələri terrorçu husilər qruplaşması tərəfindən Ər-Riyad bölgəsi istiqamətində atılmış qanadlı raketi zərərsizləşdirib", - o yazıb.

Digər xəbərlər