Kanadanın paytaxtı Ottavada toyda atəş açılması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Ottava polisi məlumat yayıb.
“Ottava Polisinin Qətl Şöbəsi iki nəfərin ölümü və altı nəfərin yaralanması ilə nəticələnən silahlı insidenti araşdırmağa davam edir”, - qurum açıqlayıb.
Məlumata görə, öldürülən şəxslər ərəbəsilli və Toronto şəhərindədirlər.