Omanda yol qəzası nəticəsində 18 nəfər ölüb, 14-ü yaralanıb

Bakı. 1 mart. REPORT.AZ/ Omanda avtobusun yol qəzasına düşməsi nəticəsində ən azı 18 nəfər ölüb, 14-ü yaralanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, qəza paytaxt Maskatdan qərbdə, İbri və Fahud şəhərləri arasında baş verib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10