"Nissan" avtomobil konserni rəhbərinin həbs müddəti uzadılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Tokio dairə məhkəməsi "Nissan" avtomobil konserninin rəhbəri Karlos Qonun həbs müddətini uzadıb.

"Report" NHK telekanalına istinadən xəbər verir ki, o, 1 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.

Karlos Qon noyabrın 19-da maliyyə fırıldaqçılığı və gəlirlərin gizlədilməsində şübhəli bilinərək həbs edilib. Müqəssir ona ünvanlanan ittihamları rədd edir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10