​Nigeriyada terror qruplaşması 200-ə yaxın əsiri azad edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Nigeriyanın "Boko Haram" terror qruplaşması yanvarın 6-da ölkənin şimal-şərqində yerləşən Yobe ştatının kəndlərindən birindən oğurlanmış təqribən 190 nəfər əsiri azad edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, təqribən daha 20 nəfər yaraqlıların əlində qalmaqdadır.

Azad olunan qadınlardan birinin sözlərinə görə, əsirlər qruplaşmanın qaydalarına riayət etmədiklərinə görə buraxılıblar.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10