​Nigeriyada partlayış nəticəsində 3 nəfər ölüb, 16-sı yaralanıb

Bakı. 28 İyun. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Mayduruqi şəhərində qadın kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində ən azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, iki qadın yerli xəstəxanaya daxil olmaq istəyib, lakin onlar baxış üçün girişdə saxlanılıblar.

Bu məqamda qadınlar bombaları işə salıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10