​Nigeriyada partlayış nəticəsində 35 nəfər həlak olub

Bakı. 28 noyabr. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Adamava ştatında baş verən partlayış nəticəsində beşi hərbçi olmaqla ən azı 35 nəfər həlak olub.

"Report" xəbər verir ki, partlayış Mubi şəhəri yaxınlığında qeydə alınıb.

Hökumət qüvvələri noyabrda "Boko Haram" sələfi terror qruplaşmasını buradan çıxararaq şəhərə nəzarəti ələ alıb.

Adamava ştatında son həftələr bir sıra partlayışlar baş verib və terror aktlarına görə məsuliyyəti "Boko Haram" qruplaşması öz üzərinə götürüb.

Noyabrın 25-də isə Mayduquri şəhərində baş verən iki partlayış nəticəsində təqribən 80 nəfər dünyasını dəyişib.

Xəbər lenti

İstanbulda meşə yanır 28 iyul, 2025 / 23:45