Nigerdə ​​naməlum şəxslər iki polis məntəqəsinə hücum ediblər

Nigerdə ​​naməlum şəxslərin iki polis postuna hücumu nəticəsində azı 11 təhlükəsizlik işçisi həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Afrika ölkəsinin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, hər iki hücum Nigerin müxtəlif yerlərində - şimaldakı Aqadez bölgəsində və Burkina Faso ilə sərhədə yaxın Petelkole sərhəd-keçid məntəqəsində törədilib.

Hücumlar nəticəsində 10-dan çox şəxs yaralanıb.

Agentliyin məlumatına görə, hadisələrdən sonra hakimiyyət bu ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10