NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri dəyişdirilir.
“Report” xəbər verir ki, bu barədə Avropa Silahlı Qüvvələri Birliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ali komandan Kertis Skaparottini ABŞ Ordusunun generalı Tod Uolters əvəz edəcək.
Səlahiyyətlərin təhvil verilməsi mərasiminin Belçikada keçiriləcəyi gözlənilir.