Amerika qoşunları Estoniyanı tərk etməyəcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
"Bu, Estoniya üçün müsbət qərardır – Birləşmiş Ştatlar bizə bildirib ki, əməkdaşlığımız bu gün olduğu kimi davam edəcək. Mən də onlara siqnal göndərmişəm ki, biz bunu gücləndirməyə hazırıq", - deyə Pevkur Estoniya televiziyasına bildirib.
ABŞ-nin NATO ölkələrinə Avropanın şərq cinahındakı qoşunlarının sayını azaltmağı planlaşdırdıqları barədə açıqlamasını şərh edən nazir deyib ki, Birləşmiş Ştatlar Estoniyada qoşun saxlamağın zəruriliyini anlayır.