​Misirin sabiq prezidenti Hüsnü Mübarəkin oğulları azadlığa buraxılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Misir məhkəməsi maliyyə fırıldağında təqsirli bilinən ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu barədə qərar qəbul edib.

"Report"un BBC-yə istinadən xəbər verir ki, Qahirə Cinayət Məhkəməsinin qərarına əsasən, Əlaa və Hamal Mübarək qardaşlarının dəmir barmaqlar arxasında keçirdikləri müddət onların cəza çəkəcəkləri vaxtı üstələyib.

2011-ci ildə devrilmiş keçmiş prezidentin hər iki oğlu atalarından dərhal sonra maliyyə fırıldağında ittiham olunaraq həbs ediliblər.

Bu ilin may ayında onlar üç il müddətinə azadlıqdan məhrum edilib.  

Digər xəbərlər