​Meksikada tətil edən zibilçilər küçələrə tonlarla tullantı töküblər

Bakı. 3 fevral. REPORT.AZ/ Meksikada tətil edən zibilçilər şəhərin mərkəzini tonlarla tullantı ilə doldurublar. Bu, Morelos ştatının paytaxtı Kuernavakedə baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, şəhərin əsas inzibati binalarına gedən yollar zibil və təkərlərlə bağlanıb.

Aksiyada yüzə yaxın insan iştirak edir. Onlar bir neçə ay ərzində əmək haqqları üzrə yığılıb qalan borclarının verilməsini tələb edirlər. Söhbət təqribən 3 milyon dollar vəsaitdən gedir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10