Meksikada 5,7 maqnitudalı zəlzələ baş verib

Meksikanın Çyapas ştatında 5,7 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilir.

Zəlzələ 200 mindən çox insanın yaşadığı Tapaçula şəhərindən 122 km cənub-qərbdə baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Digər xəbərlər

İsrail ordusu Qəzzada qalacaq 18 avqust, 2026 / 01:15