Bakı. 2 dekabr. REPORT.AZ/ "İslam Dövləti" ekstremist qruplaşması lideri Əbu Bəkr əl-Bağdadinin arvadlarından biri və oğlu Livan-Suriya sərhədini keçmək istədikləri zaman saxlanılıblar. Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
Livan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndələri qeyd ediblər ki, saxlanılan şəxslər Beyrutda Livan Müdafiə Nazirliyinə gətiriliblər.
Livanın "Əs-Safir" qəzetinin məlumatına əsasən, əməliyyat xarici xüsusi xidmətlərlə birgə saxlanılan şəxslərin sərhədi saxta pasportla keçmək istədikləri zaman keçirilib.