Livanda 8 nəfər koronavirusdan ölüb, 412 nəfər yoluxub

Livanda koronavirusa yoluxanların sayı 412-yə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin hesabatında bildirilib.

Məlumata əsasən, son sutka ərzində 21 yeni yoluxma hadisəsi baş verib.

Bildirilib ki, martın 27-də virusa yoluxan 80 yaşlı kişi ölüb.

Bununla da Livanda koronavirusdan ölənlərin sayı 8-ə yüksəlib. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10