Litva Seymi dövlət səviyyəsində fövqəladə vəziyyət şəraitində qanunsuz miqrantlara sığınacaq verilməsindən imtinanı rəsmiləşdirən qanun qəbul edib.
“Report” “Delfi”yə istinadən xəbər verir ki, bu təşəbbüsü 141 deputatdan 86-sı dəstəkləyib.
Qeyd olunur ki, səsvermə zamanı cəmi 8 deputat əleyhinə çıxıb, daha 20 deputat isə bitərəf qalıb. Qanun layihəsinə əsasən, bundan sonra Litva təhlükəsizlik qüvvələri sərhəd-keçid məntəqələrini qanunsuz yolla keçən miqrantları deportasiya etmək üçün icazə alacaq.
Litva Prezidenti Gitanas Nauseda müvafiq dəyişiklikləri dəstəkləsə, yeni normalar mayın əvvəlindən qüvvəyə minəcək.