Bakı. 27 sentyabr. REPORT.AZ/ Kubanın Dövlət Şurasının sədri Migel Dias-Kanel bildirib ki, Şimali Atlantika Alyansının Rusiya sərhədlərinə doğru irəliləməsi təhlükəlidir.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Kuba rəhbəri NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsini təhlükə adlandırıb.
Qeyd edək ki, ötən gün Rusiya mətbuatı NATO təyyarəsinin bu ölkənin sərhədi yaxınlığında kəşfiyyat uçuşu keçirməsi barədə məlumat yayıb.