Konqoda üsyançılar 50-dən çox mülki şəxsi öldürüblər.
"Report"un məlumatına görə, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, "Birləşmiş Demokratik Qüvvələr"dən olan üsyançılar Konqonun şərq hissəsində dəfn mərasiminə toplaşan 50-dən çox mülki şəxsi öldürüblər.
Bu, "İslam Dövləti" ilə əlaqəli qruplaşmanın son irimiqyaslı hücumu olub.