​Klinton Obamanın Quantanamonun bağlanması planını dəstəkləyib

Bakı. 24 fevral. REPORT.AZ/ Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton hazırkı demokrat dövlət başçısı Barak Obamanın Kubadakı Quantanamo hərbi türməsinin bağlanması planını dəstəkləyib.

"Report" xəbər verir ki, Klinton bu həbsxananın uzun illər boyunca daha çox terrorçunu ruhlandırdığını bildirib.

"Mən bu gün Obamanın Quantanamo körfəzindəki saxlanma mərkəzinin bağlanması planını dəstəkləyirəm, yəni nəhayət, tarixin bu səhifəsini çevirmək tərəfdarıyam. Quantanamo uzun illər boyunca daha çox terrorçunu ruhlandırıb. Quantanamo bizim milli təhlükəsizliyimizi möhkəmləndirmədi, əksinə, ona ziyan vurdu", — deyə Klinton əlavə edib.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50