Ukraynanın keçmiş ədliyyə nazirinin saxlanıldığı təsdiqlənib - YENİLƏNİB

Ukraynanın Milli Antikorrupsiya Bürosunun (UMAB) əməkdaşları biznesmen Timur Mindiçin işində adı keçən keçmiş ədliyyə naziri Qerman Qaluşenkonun ölkədən çıxmağa cəhd edərkən saxlanıldığını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə məlumat büronun "Telegram" kanalında yayılıb.

"Bu gün dövlət sərhədini keçərkən UMAB detektivləri keçmiş ədliyə nazirini "Midas" işi çərçivəsində saxlayıblar", - açıqlamada qeyd olunub.

Büronun məlumatına görə, ilkin istintaq hərəkətləri həyata keçirilir.

Xatırladaq ki, 2025-ci il noyabrın 10-da UMAB və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu energetika sahəsində iri korrupsiya sxeminin ifşası üzrə "Midas" adlı genişmiqyaslı əməliyyatın keçirildiyini elan edib. Sxemin başında biznesmen Timur Mindiç dayanırdı. Onun, sonradan istefaya göndərilən Qaluşenkonun, həmçinin "Enerqoatom" şirkətinin ofislərində axtarışlar aparılıb. Növbəti gün UMAB ilk ittihamları irəli sürüb, o cümlədən Mindiçə cinayət təşkilatının rəhbəri kimi ittiham elan olunub. İş üzrə istintaq davam edir.

Ukraynanın sabiq ədliyyə naziri Qerman Qaluşenko Ukraynadan çıxmağa cəhd edərkən saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, Qaluşenko 2025-ci il noyabrın 12-də ədliyyə naziri vəzifəsindən kənarlaşdırıb.

O, 2025-ci ilin 17 iyulundan bu vəzifədə olub. Daha əvvəl (2021-2025) isə Ukraynanın energetika naziri vəzifəsini tutub.

Digər xəbərlər