Tokayev dövlət idarəçiliyinin islahatı üzrə komissiyanın tərkibini təsdiqləyib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısı yanında Dövlət idarəçiliyinin islahatı məsələləri üzrə Komissiyanın tərkibini təsdiqləyib.

"Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, müvafiq qərar "Dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanla təsbit edilib.

Komissiya dövlət idarəçiliyi sisteminin islahatı üzrə istiqamətlərin və yanaşmaların işlənib hazırlanması, habelə kompleks islahatlara dair planın hazırlanması üçün sistemli təkliflərin nəzərdən keçirilməsi ilə məşğul olacaq.

Prezident Administrasiyasının rəhbəri Roman Sklyar komissiyanın sədri, prezidentin müşaviri, Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri Aset İrqaliyev isə onun müavini təyin edilib.

Komissiyanın tərkibinə dövlət orqanlarının rəhbərləri, Qurultay deputatları və Qazaxıstan Xalıq Keneşi üzvləri daxil olublar. Onun işçi orqanı kimi Strateji Planlaşdırma və İslahatlar Agentliyi müəyyən edilib.

Digər xəbərlər