Britaniya Ukraynada külək elektrik stansiyasının tikintisinə 11,3 milyon avro ayıracaq

Böyük Britaniya Ukraynada 300 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edə biləcək külək elektrik stansiyasının tikintisi layihəsinə investisiya yatırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" nəşri Britaniyanın xarici işlər naziri Ed Milibendə istinadən yazıb.

Onun sözlərinə görə, ölkə gücü 200 meqavat olan külək elektrik stansiyasının tikintisinə 9,5 milyon funt-sterlinq (təxminən 11,3 milyon avro) investisiya yatıracaq.

Yeni külək elektrik stansiyasının tikintisini Böyük Britaniyada qeydiyyatdan keçmiş, London, Kiyev və Odessada ofisləri olan "Elementum Energy" şirkəti həyata keçirəcək. İnvestisiyaların ümumi həcmi 300 milyon avro təşkil edəcək.

Qeyd olunub ki, Britaniya hökuməti Ukraynanın enerji sisteminin bərpasına, o cümlədən ölkənin qazdan asılılığını azaltmaq məqsədilə bərpa olunan enerji mənbələrinə, atom enerjisinə uzunmüddətli investisiyalara 770 milyon funt-sterlinqdən çox vəsait təklif edib.

Digər xəbərlər