Keniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 400 nəfəri keçib

Keniyada “İsa peyğəmbərlə qarşılaşacağına söz verilən” və ölüm “oruc”unda həyatını itirənlərin sayı 403 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli "Nation" qəzeti məlumat yayıb.

Belə ki, gün ərzində məzarlardan daha 12 meyit çıxarılıb.

Qeyd edək ki, Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. Qəbirlərin açılması işi Keniyanın şərqində təxminən 20 il əvvəl bu təriqəti yaradan pastor Pol Makkenzinin Şakahol meşəsində yerləşən malikanəsinin ərazisində aparılır. Polis qurbanların ilk meyitlərini aprelin 14-də aşkar edib. Qəbirlər 323 hektar ərazidə yerləşir.

Mayın 1-də xüsusi ekspert qrupu eksqumasiya edilmiş meyitlərin yarılmasına başlayıb.

Digər xəbərlər