Kanadada koronavirusa yoluxanların sayı 50 mini ötdü

Son bir sutkada Kanadada COVID-19 infeksiyasına 1 526 yeni yoluxma təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu halda bir gün əvvəl Kanadada koronavirusa 1 605 yoluxma aşkarlanıb.

Qeyd edilir ki, bununla da koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların 50 026 təşkil edir.

Kanadada pandemiya ərzində COVID-19-dan ümumilikdə 2 859 ölüm qeydə alınıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Digər xəbərlər

ABŞ Kanadanı şantaj edir 26 yanvar, 2026 / 22:23
AŞPA-nın yeni prezidenti seçilib 26 yanvar, 2026 / 16:54