Kanadada daha bir atışma olub, ölən var

Bakı. 3 sentyabr. REPORT.AZ/ Kanadada atışma olub.

Bu barədə "Report" CBC-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin ən iri şəhərlərindən olan Torontoda qeydə alınıb. Parkın beysbol meydançası yaxınlığında bir kişi güllələnib. Əraziyə gələn həkimlər onun öldüyünü bildiriblər.

Xəbərdə bildirilir ki, hadisə yerindən 4 nəfər qaçaraq gizlənib. Polis şübhəli şəxsləri axtarır.

Qeyd edək ki, bu, Kanadada baş verən 3-cü atışmadır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10