Kanadada çaylar daşıb, 7,7 mindən çox insan evsiz qalıb

Kanadanın Kvebek əyalətində yazın gəlişi ilə əlaqədar çayların daşması səbəbindən 7,7 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü CTV telekanalı məlumat yayıb.

"Heç kim zərər çəkməyib, bütün insanlar təhlükəsizlikdədirlər və ən əsası da elə budur", - deyə regionun ictimai təhlükəsizlik naziri Jenevyev Qibo bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10