​Kamerunda partlayış nəticəsində 10 nəfər ölüb

Bakı. 12 dekabr. REPORT.AZ/ Kamerunun şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində 10 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücumun "Boko Haram" terror qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Xüsusi xidmət orqanlarının fərziyyəsinə görə, hücum iki terrorçu tərəfindən planlaşdırılıb.

"Boko Haram" Nigeriyada fəaliyyət göstərən terror təşkilatıdır.

Digər xəbərlər