Kamçatkada 5 maqnitudalı zəlzələ baş verib

Kamçatka vilayətində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 72 km məsafədə baş verib. Episentrin dərinliyi 63,2 km olub.

Dağıntılar və ya təlafat barədə məlumat yoxdur.

Digər xəbərlər