ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərindəki ticarət mərkəzində baş verən atışma nəticəsində iki nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, ölüm hadisəsi qeydə alınmayıb. Polis hadisəni "tək epizod" kimi qiymətləndirib, buna baxmayaraq, ticarət mərkəzinin ziyarətçiləri təxliyə olunub.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.