Kabildə partlayış: 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.

Hadisə iyulun 14-də səhər saatlarında baş verib. Surobi rayonunun Ceqdalaq kəndində avtomobil mina düzülən yoldan keçərkən partlayış olub.

Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10