Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında PURL təşəbbüsünün maliyyələşdirilməsinin 2025-ci ilin oktyabrında artırılacağını açıqlayıb.
"Report" xəbər verir ki, PURL təşəbbüsü NATO ölkələrinin könüllü töhfələri hesabına Ukraynaya silahların sürətlə çatdırılmasını nəzərdə tutur.
"Biz bu təşəbbüs üçün əlavə maliyyənin oktyabrda gəlməsini gözləyirik", - o deyib.
Ukrayna lideri yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini xəbər verib. O, həmçinin ukraynalı uşaqların Rusiyadan qaytarılması ilə bağlı qlobal forumda iştirak edəcəyini də açıqlayıb.