İndoneziyada bir gündə 842 nəfər koronavirusdan vəfat edib

İndoneziyada koronavirus (COVID-19) infeksiyasına 9 604 yeni yoluxma faktı qeydə alınıb.

“Report” İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, son bir gündə ərzində analiz nümunələri müsbət çıxan 842 pasiyent vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 3 989 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 214-ü vəfat edib. İndoneziyada 290 764 nəfər aktiv xəstə var.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10