İsveçrə təyyarəsi dağ aşırımı ərazisində yoxa çıxıb

Bakı. 30 avqust. REPORT.AZ/ İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus "F/A-18 Hornet" təyyarəsi bazar ertəsi Zusten dağ aşırımı ərazisində yoxa çıxıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Federal Müdafiə Departamenti məlumat yayıb.

"Dərhal axtarışlara başlanılıb. Pilotun taleyi hazırda məlum deyil", - deyə idarənin məlumatında bildirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10