​İsveçdə maskalı və əli bıçaqlı şəxs məktəbə basqın edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ İsveçin Trollhattan şəhərində maskalı və bıçaqlı şəxs məktəbə basqın edib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, basqın nəticəsində bir yeniyetmə yaralanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. 

Məlumata görə, basqınçı polis tərəfindən vurulub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10