İsraildə son sutkada 292 nəfər koronavirusa yoluxub.
“Report” “newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Son sutkada virusdan daha 2 nəfər ölüb. İsraildə pandemiyaya yoluxanların ümumi sayı 13 654-ə, infeksiya qurbanlarının sayı isə 173-ə çatıb.
Məlumata görə, aprelin 21-dən şagirdlər arasında məsafə gözlənilməklə məktəblərin fəaliyyəti qismən bərpa olunacaq. Bundan başqa hər 15 dəqiqədən sonra fasilə veriləcək.