​İspaniyada qocalar evində yanğın baş verib, 8 nəfər ölüb

Bakı. 12 İyul. REPORT.AZ/ Şənbə gününə keçən gecə İspaniyanın Saraqosa şəhərindəki qocalar evində yanğın baş verib. Hadisə nəticəsində ən azı 8 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, polisin məlumatına görə, insanların ölümünə dəm qazından zəhərlənmə səbəb olub.

Yanğın nəticəsində daha 11 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə baş verən zaman binada 19 nəfər olub.

Digər xəbərlər