Bakı. 29 may. REPORT.AZ/ Tacikistanın Ali Məhkəməsi İŞİD silahlı qruplaşmasının terrorçu təşkilatlar siyahısına daxil edilməsi və respublika ərazisində fəaliyyətinin yasaqlanması haqda qərar qəbul edib.
"Report" Tacikisitan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Ali Məhkəməsindən bildirilib.
Qərar ölkə Baş Prokurorluğunun müraciətinə əsasən qəbul edilib.
Qeyd edək ki, Tacikistan hakimiyyəti Özbəkistan İslam Hərəkatı, "Camaət-i-Ənsarullah", "Sələfiyyə", "Camoai-təbliği" adlı təşkilatları da terrorçu qruplaşma elan edərək, ölkə ərazisində fəaliyyətlərini yasaqlayıb.