Bakı. 30 iyul. REPORT.AZ/ "Russia Today" telekanalının jurnalisti Xalid əl-Xatib İŞİD terrorçuları tərəfindən öldürülüb.
"Report" xəbər verir ki, hadisə bu gün Suriyanın Es-Suxna rayonunda baş verib. Ərazidə həyata keçirilən anti-terror əməliyyatlarını işıqlandıran jurnalist terrorçuların hədəfinə tuş gəlib.
Xalid əl-Xatib eyni zamanda Dəməşq universitetinin tələbəsi idi.