İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

Bakı. 23 avqust. REPORT.AZ/ Dublində sürücünün nəqliyyat vasitəsini səkidəki piyadaların üzərinə sürməsi nəticəsində 6 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "The Irish Times" qəzeti yazıb.

Bildirilir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilənlər arasında hadisəni törətmiş sürücü də var.

İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10