İndoneziyanın hava limanında tavan insanların üzərinə uçub - VİDEO

Bakı. 28 mart. REPORT.AZ/ İndoneziyanın Supadi beynəlxalq hava limanının gözləmə zalında tavan uçub.

"Report" xəbər verir ki, insidentin başvermə anı videomüşahidə kameralarına düşüb.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onların hamısına zəruri tibbi yardım göstərilib.

Hava limanının artıq normal iş rejiminə qayıtdığı bildirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10