İndoneziyada nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb

Bakı. 18 dekabr. REPORT.AZ/ İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsinin Papua əyalətində qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, "S-130 Hercules" tipli təyyarə Timika şəhərindən havaya qalxıb və uçduğu Vamena dairəsi yaxınlığında dağa çırpılıb.

AP-nin məlumatına görə, insidentə pis hava şəraiti səbəb ola bilər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10