İndoneziyada koronavirusdan ölənlərin sayı 590-a çatıb

İndoneziyada son sutkada daha 185 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda koronavirusdan 8 nəfər ölüb. Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 590-a, yoluxanların sayı isə 6 760-a çatıb.

Bu günədək İndoneziyada 747 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10