Honkonqda etiraz aksiyaları davam edib, 37 nəfər saxlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Honkonq polisi davam edən etiraz aksiyaları zamanı ən azı 37 nümayişçi saxlayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının bəyanatında deyilir ki, bu gecə etirazçılar Monq-Kok əyalətində bir neçə yolu bağlayıb və polisin tələbi ilə onları təmizləməkdən imtina edib. Saxlanılanlar arasında 13 yaşdan 76 yaşa qədər nümayişçilər var. 

Həmçinin dekabrın 24-də axşam Honkonqda yerli hakimiyyət orqanlarına seçkilərin kifayət qədər demokratik olmaması  ilə əlaqədar nümayişlər keçirilib.  Polis aksiyanın dağıdılması üçün güc tətbiq edib və 12 nəfəri saxlayıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10