​Hondurasda atışma zamanı ən azı 10 nəfər ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Ötən gün Hondurasın paytaxtı Tequsiqalpda polis uniforması geyinmiş naməlum şəxslərin açdığı atəş nəticəsində ən azı 10 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 5 naməlum kişi paytaxtın şimal-şərqində avtomobil ilə bilyard oynanılan yerə yaxınlaşaraq AK-47 avtomatlarından atəş açıb.

Nəticədə hadisə yerində 8 nəfər ölüb, daha iki nəfər isə sonradan xəstəxanada keçinib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10