​Hindistanda tikilməkdə olan bina uçub: 12 nəfər ölüb

Bakı. 15 fevral. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında tikilməkdə olan bina uçub.

"Report" xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində ikisi uşaq olmaqla 12 nəfər həlak olub.

Daha iki uşağın ağır xəsarət aldığı bildirilir.

Ölənlər arasında binanın sahibi Məhəmməd Kararruddin də var.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10