HƏMAS və İsrail nümayəndələri məhbus və girovların siyahılarını mübadilə ediblər.
"Report"un "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi xəbərə görə, HƏMAS-ın yüksək rütbəli rəsmisi Tahir Əl-Nunu bildirib ki, onun qrupundan və İsraildən olan danışıqçılar məhbus və girovların siyahılarını mübadilə ediblər.
O əlavə edib ki, məhbus və girovların azad edilməsi Qəzzada atəşkəslə bağlı Misirdə aparılan danışıqlarda razılaşmanın əldə ediləcəyi halda mümkündür.
Əl-Nunu razılaşmanın əldə ediləcəyinə ümidvar olduğunu deyib.